Çin lideri Rusiyaya səfər edəcək

Çin lideri Rusiyaya səfər edəcək

Çinin dövlət başçısı Si Cinpin Moskvaya səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq verdiyi açıqlamada  Sinin  Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Moskvaya rəsmi səfər edəcəyini bildirib.
Kremldən verilən açıqlamada bildirilib ki, Vladimir Putin və Si Cimpin arasında baş tutacaq görüşdə Rusiya və Çin arasındakı əlaqələr və strateji əməkdaşlıq müzakirə olunacaq''.
Liderlərin beynəlxalq arenada əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparacaqları  bildirilib. Bəyanatda bildirilib ki, liderlər bəzi mühüm sənədləri imzalayacaqlar.
Si Cinpin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfədir ki, Rusiyaya səfər edir.

Xəbəri paylaş

VİDEOLAR