Çin çərşənbə axşamı günü yanvar ayından bəri ilk dəfə koronavirusdan ölümün qeydə alınmadığını bildirib.
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyası deyib ki, bazar ertəsi günü qeydə alınan 39 yoluxma halı ilə müqayisədə növbəti gün 32 yoluxma halı qeydə alınıb.
Bu, Çin hökumətinin rəqəmləri bildirməməsi mövzusunda araşdırma aparıldığı zamana təsadüf edir.
Çin hökuməti 3331 nəfərdən çox adamın koronavirusdan öldüyü, 81740 nəfərin virusa yoluxduğunu bildirib.
Çərşənbə axşamı ölkədə virusa yoluxduğu təsdiq olunan şəxslərin hamısının xaricdən gəldiyi deyilir.
Çin xaricdən gələnlərin özləri ilə koronavirusun ikinci dalğasını gətirə biləcəyindən narahatdır.
Ölkə öz sərhədlərini viza və yaşamaq icazəsi olanlar da daxil olmaqla xaricilərə bağlayıb.
Çərşənbə günü Uhan şəhərində insanlara yanvar ayında şəhərə giriş-çıxış qadağan olunandan bəri ilk dəfə şəhəri tərk etmə icazəsi veriləcək.