Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Ven Bin ABŞ-ın iranlı general Qasim Süleymaniyə qarşı terrorunu hərbi cinayətin bariz nümunəsi adlandırıb.
Az.rasthaber.com “ParsToday”-ə istinadən xəbər verir ki, o qeyd edib ki, “general Süleymaninin qətlə yetirilməsi ABŞ-ın BMT Nizamnaməsi əsasındakı beynəlxalq münasibətləri tənzimləyən normaları özbaşına sarsıtmasının daha bir nümunəsidir”.
O, bu hadisəni ABŞ-ın öz gücündən sui-istifadə edərək törətdiyi hərbi cinayətlərdən biri adlandırıb.
“Vaşinqton özünə o qədər irəli getməyə icazə verir ki, beynəlxalq hüquqları pozaraq terror aktı vasitəsi ilə müstəqil dövlətin hərbi komandirini bilərəkdən qətlə yetirir, həmçinin dünyanın hər bir yerində yüzminlərlə günahsız dinc insanı qətlə yetirir”, - deyə o bildirib.
Çinli rəsmi əlavə edib ki, ABŞ müxtəlif bəhanələr gətirərək bütün bu qeyri-qanuni və vəhşicəsinə hərəkətlərini gizlətməyə çalışır.