Suriya prezidenti Bəşər Əsədin Çin Xalq Respublikasında səfərdədir.
Az.rasthaber.com xəbər verir ki, Əsəd Xançjou beynəlxalq hava limanında rəsmi mərasimlə qarşılanıb.
Əsədi Çinin ticarət naziri Vanq Ventao, Zhejiang əyalətinin Məşvərət Şurasının sədr müavini Qonq Xivey və Çinin Dəməşqdəki səfiri qarşılayıb.
Çin Xarici İşlər Nazirliyi Bəşər Əsədin Çinə səfərinin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün bir fürsət olduğunu vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib:
“İnanırıq ki, Bəşər Əsədin səfəri iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı siyasi etimad və əməkdaşlığı dərinləşdirəcək və ikitərəfli əlaqələri yeni səviyyəyə qaldıracaq.
Çin və Suriyanın dərin və uzun dostluq tarixi var. Suriya Pekinlə diplomatik əlaqələr quran ilk ərəb ölkələrindən biri olub. 76 il əvvəl diplomatik münasibətlər qurulandan indiyədək iki ölkə arasında münasibətlər həmişə sağlam şəkildə inkişaf edib.
Bəşər Əsəd də Çin və Suriya arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Sədr Xi Jinping və digər Çin rəsmiləri Bəşər Əsədlə görüşərək ikitərəfli münasibətlər və iki ölkə arasında ortaq məsələlər ətrafında dərin fikir mübadiləsi aparacaqlar”.