Çin BMT-nin qonaq evinə edilən hücumu pisləyib

Çin BMT-nin qonaq evinə edilən hücumu pisləyib

Çin İsrailin Qəzzanın cənubundakı Rəfah bölgəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) qonaq evinə təşkil etdiyi hücumu pisləyib

Az.rasthaber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi gündəlik mətbuat konfransında BMT əməkdaşlarına edilək hücuma görə şoka düşdüyünü bildirib.
Hücum nəticəsində həyatını itirən bütün BMT əməkdaşları üçün yas tutduqlarını ifadə edən Mao Ninq deyib: "Zorakılıqla təhlükəsizlik təmin edilə bilməz. Gücdən istifadə daimi sülhün bərqərar olmasına mane olur''.
Mao Ninq vurğulayıb ki, BMT personalının təhlükəsizliyi effektiv şəkildə təmin edilməlidir.
Tərəfləri beynəlxalq hüquq normalarına riayət etməyə və BMT Baş Assambleyasının oktyabrın 27-də qəbul etdiyi qərarı icra etməyə çağıran Mao Ninq qeyd edib ki, münaqişə dərhal dayandırılmalı və daha böyük humanitar fəlakətin qarşısı alınmalıdır.

Xəbəri paylaş

VİDEOLAR