Çinin xarici işlər naziri Vanq Yi deyib: “Beynəlxalq ictimaiyyət dərhal hərəkətə keçməli və Qəzzada humanitar fəlakətin davam etməməsi üçün təsirli və etibarlı tədbirlər görməlidir”.
Az.rasthaber.com xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi Qəzzada baş verən son hadisələrlə bağlı açıqlama verib.
"Beynəlxalq ictimaiyyət indi hərəkətə keçməli və Qəzzada humanitar fəlakətin davam etməməsi üçün təsirli və etibarlı tədbirlər görməlidir", - Vanq deyib.
Çin rəsmisi deyib: "Münaqişənin dayandırılması və Fələstin probleminin hərtərəfli, ədalətli və qalıcı həlli üçün ərəb və İslam dünyasındakı qardaşlarımızla işləməyə hazırıq".
Ərəb və İslam ölkələrinin xarici işlər nazirlərindən ibarət birgə nümayəndə heyətinin noyabrın 20-21-də Çinə səfər edəcəyi bildirilib.