Çin: ABŞ-ın sanksiyaları dünya əhalisinin yarısını fəlakətə aparıb

Çin: ABŞ-ın sanksiyaları dünya əhalisinin yarısını fəlakətə aparıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın sanksiyalarının dünya əhalisinin yarısı arasında humanitar fəlakətlərə səbəb olduğunu bildirib.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin İran, Zimbabve, Boliviya və Kuba da daxil olmaqla bir çox ölkə başçılarının yer aldığı yığıcaqdakı çıxışında suala cavab olaraq belə deyib: "Biz bu barədə xəbərləri görmüşük."
O əlavə edib ki, "Amerika, şübhəsiz ki, sanksiyaların super gücüdür".
Rəqəmlər göstərir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar 2000-ci ildən 2021-ci ilə qədər təxminən 933 faiz artıb.
Vanq Venbin əlavə edib ki, “ABŞ 40-a yaxın ölkəni sanksiyalarla hədəfə alıb, bu da dünya əhalisinin təxminən yarısı deməkdir. Bu sanksiyalar ciddi insan fəlakətlərinə səbəb olub”.

Xəbəri paylaş

VİDEOLAR