Çin: ABŞ gərginliyin artmasına görə məsuliyyət daşıyır

Çin: ABŞ gərginliyin artmasına görə məsuliyyət daşıyır

Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı iclası, Çin üçün Amerikanın mövqelərini tənqid etmək yerinə çevrildi.

Az.rasthaber.com xəbər verir ki, çərşənbə günü Çin Şimali Koreyanın ballistik raket buraxılışına görə ABŞ-ı məsuliyyət daşıdığını deyib. Çin BMT-nin Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ı regiondakı təhlükəsizlik mühitini zəhərləməkdə günahlandırıb.
Çinin BMT-dəki nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında Pxenyanın Yaponiya üzərindən keçən ballistik raket atma hərəkətinə toxunaraq deyib ki, “ABŞ və digər region ölkələri bu bölgədə bir neçə birgə hərbi təlim keçirib. Şimali Koreyanın son raket buraxılışları regionda keçirilən çoxsaylı hərbi təlimlərlə bağlıdır”.

Xəbəri paylaş

VİDEOLAR