Çin ABŞ-a xəbərdarlıq etdi

Çin ABŞ-a xəbərdarlıq etdi

Rusiya və Çin arasında ticarət əlaqələri üçüncü ölkələrin müdaxiləsinə məruz qalmamalıdır.

Az.rasthaber.com "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin katibi Liu Penqyu TASS-a bildirib.

Onun sözlərinə görə, Çin və Rusiya arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyət Ümumdünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə uyğundur.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirmişdi ki, Çin ABŞ-nin Tayvana yardım paketi təqdim etməsinə qəti şəkildə qarşıdır.

Çünki bu, Çin-Amerika əməkdaşlığına ciddi maneələr yaradır.

Xəbəri paylaş

VİDEOLAR