Çili hökuməti Təl-Əviv səfirliyindəki hərbi attaşelərini geri çağırıb

Çili hökuməti Təl-Əviv səfirliyindəki hərbi attaşelərini geri çağırıb

Çili hökuməti sionist İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları əsas gətirərək Təl-Əviv səfirliyindəki hərbi attaşelərini geri çağırıb.

Az.rasthaber.com xəbər verir ki, hökumətin internet saytında yer alan açıqlamada Qəzzada baş verən “çox ciddi” humanitar faciəyə diqqət çəkilərək, sözügedən qərarın bununla bağlı verildiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, soyqırım törədən İsrail Qəzzada "mütənasib və ayrıseçkilik etmədən" hücumlarına son qoymalı və humanitar yardımın bölgəyə sürətlə daxil olmasına icazə verməlidir.

Daxili işlər naziri Alvaro Elizalde qərarın “insan ləyaqəti, yaşamaq hüququ və beynəlxalq hüququn qorunması” kimi prinsiplərə əsaslandığını vurğulayıb.

Çilidəki yəhudi icması xarici siyasətin ideoloji yanaşmalarla formalaşdığını və ölkənin strateji maraqlarının göz ardı edildiyini əsas gətirərək qərarı tənqid edib.

Hökumət İsrail şirkətlərini 2024-cü ildə keçiriləcək "FIDAE Beynəlxalq Aerokosmik Sərgisinə" dəvət etməmək qərarına gəlmişdi.

Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açdığı soyqırım iddiasında da iştirak edən Çili Qəzzaya hücumlar səbəbilə 1 noyabr 2023-cü ildə Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün yenidən geri çağırıb.

Xəbəri paylaş

VİDEOLAR