Ceyranbatan su anbarı yaxınlığında yanğın, helikopter cəlb edildi

Ceyranbatan su anbarı yaxınlığında yanğın, helikopter cəlb edildi

Ceyranbatanda kol-kos yanır.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəldə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyinin saytı bir müddət əvvəl bildirib ki,  "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Xəbəri paylaş

VİDEOLAR