Ceyhun Bayramovla Mirzoyanın Vaşinqton görüşü təxirə salınıb

Ceyhun Bayramovla Mirzoyanın Vaşinqton görüşü təxirə salınıb

Az.Rasthaber.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
"Sputnik Armenia"ya xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
O, danışıqların yeni raundunun tarixinin daha sonra açıqlanacağını deyib.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib.
Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR