Çexiya ərazisində hava limanları, dəmiryol və avtobus vağzallarının təhlükəsizlikləri gücləndirilib.
Az.rasthaber.com "Trend"-ə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, qərar Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar qəbul edilib.
Ölkə ərazisində qeyd olunan məkanlarla yanaşı, insanların kütləvi toplaşdığı bölgələrdə polis patrullarının sayı artırılacaq.