Cenevrədə Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşü başlayıb

Cenevrədə Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşü başlayıb

Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Rasthaber Azərbaycan İnterfaks-a istinadən xəbər verir ki, Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

“Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vasitəçiliyi və iştirakı ilə keçirilir”, - deyə XİN-in mətbuat katibi Leyla Abdullayeva“Twitter” səhifəsində yazıb.

Nazirlər sonuncu dəfə 2019-cu il dekabrın 4-də Bratislavada görüşüblər.

Xəbəri paylaş

VİDEOLAR