Çavuşoğlu Çinə təşəkkür edin
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusdan ölənlərin yaxınlarına və Çin xalqına başsağlığı verib.
Rasthaber Azərbaycanın “Apa” agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Türkiyə koronavirusun qeydə alındığı Uhan şəhərinə tibbi ləvazimatlar yola salan ölkələrdən biridir.
“Türkiyəyə səfər edən Çin vətəndaşlarının təhlükəsiz şəraitdə ölkələrinə qayıtmaları üçün birlikdə əməkdaşlıq edəcəyik və müvafiq addımlar atılacaq. Eyni zamanda ehtiyac yaranacağı təqdirdə yenə Çinə əlavə tibbi ləvazimatlar yola salınacaq. Türkiyə, qardaş Azərbaycan, qonşu Gürcüstan və Bolqarıstan vətəndaşlarının ölkəmizə gətirilməsində nümayiş etdirdiyi əməkdaşlıq və dəstək üçün Çin rəsmilərinə təşəkkür edirəm”, - deyə Türkiyə XİN başçısı vurğulayıb