Çavuşoğlu: Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır

Çavuşoğlu: Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır

Ankara Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünü təşkil etməyə hazırdır.

Az.rasthaber.com “Report”-a xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"İndi əsas məsələ görüşün yeri deyil, görüş faktının özüdür. Rusiya və Ukrayna liderlərinin görüşüb vəziyyətdən çıxış yolu tapması üçün. Təbii ki, belə bir görüşü Türkiyədə keçirmək istəyirlərsə. Biz bunu məmnuniyyətlə qəbul edəcəyik, keçirəcəyik", - Çavuşoğlu deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri ilə danışıqlara hazır olduğunu deyib. Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin də yüksək səviyəli danışıqlara hazır olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR