Çavuşoğlu: İsrail və Misir ilə əlaqələrimizdə yeni səhifə açılır

Çavuşoğlu: İsrail və Misir ilə əlaqələrimizdə yeni səhifə açılır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmə dair mövzulara münasibət bildirib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu İsrail rejimi və Misirə səfir təyinatı ilə bağlı ünvanlanan suala bu cür cavab verib:

“Mövcud mərhələdə uzun fasilədən sonra münasibətlərin yalnız səfir  təyin etməklə normallaşacağı fikri ilə razılaşmıram. Belə bir qərar münasibətlər müəyyən səviyyəyə çatdıqdan sonra qarşılıqlı alınmalıdır. Türkiyə heç vaxt antisemit ölkə olmadı. Anti-İsrail ritorikasının artmasının yeganə səbəbi İsrailin təcavüzüçü siyasətidir”.

Misir-Türkiyə münasibətlərinə də toxunan Çavuşoğlu, iki ölkə arasında yeni səhifə açıldığına diqqət çəkib. 

Xəbəri paylaş

VİDEOLAR