Çavuşoğlu erməni həmkarı ilə görüşüb

Çavuşoğlu erməni həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüş sona çatıb.

Az.rasthaber.com Trend-ə istinadən xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən M.Çavuşoğlu görüşün çox məhsuldar və konstruktiv keçdiyini bildirib.

"Məmnunluqla bildirmək istəyirəm ki, biz Cənubi Qafqazda sülh və sabitlik üçün əlimizdən gələni edirik. Bu istiqamətdəki səylərimizə hər yerdən dəstək görürürk. Xüsusilə, Türkiyə ilə Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Ötən həftə Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. İstənilən halda regiondakı sabitlik və sülh hamımızın xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik", - deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR