Çavuşoğlu: Bir neçə ölkə Yəməni bölməyə çalışdı

Çavuşoğlu: Bir neçə ölkə Yəməni bölməyə çalışdı

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu İsveçrədə “Davos” forumda iştirak etmək üçün bu ölkəyə səfər edib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu İsveçrədə “Davos” forumda iştirakı zamanı, 50-ci Dünya İqtisadi Forumu çərçivəsindəki səfəri zamanı “Yaxın Şərq və Afrikada geosiyasi perspektivlər” adlı iclasda “Rusiya ilə fərqli mövzularda fərqli fikirdəyik, amma bir çox sahədə birlikdə çalışırıq.”, -deyib.

Çavuşoğlu ilk dəfə Davosa gəldiyini önə çəkərək “10 il öncə Davosda Yaxın Şərqdən bəhs edəndə, hər kəs İsrail – Fələstin problemini düşünürdü. Bu problem, münaqişə hələ də var. Ancaq buna əlavə olaraq 9 ildir Suriya problemi də mövcuddur. Bunun sadəcə bölgəmizdə deyil, bölgəmizdən kənarda da ciddi problemləri var.”, -deyə əlavə edib.

Yəməndəki münaqişələrdən də danışan Türkiyə XİN başçısı “Bir neçə il öncə bölgədəki bir neçə ölkə Husilərə qalib etmək bəhanəsilə Yəmənə hücum etdi. Ancaq nəticəfə hamımız bunun bir faciə olduğunu və insani bir fəlakətə döndüyünü gördük. Bu ölkələrin Yəməni bölməyə çalışdığını gördük.”, -deyə qeyd edib.

Çavuşoğlu Liviya mövzusunda da danışaraq Liviyadakı Türk əsgərlərinin təlim məqsədilə getdiyini, hələ də atəşkəsin baş tutmadığını və bu mövzuda bərabər çalışmağın vacibliyini deyib.

Xəbəri paylaş

VİDEOLAR