Cahangir Hacıyevin həyat yoldaşı Londondakı malikəsini hansı pulla aldığını açıqlamalı olacaq

Cahangir Hacıyevin həyat yoldaşı Londondakı malikəsini hansı pulla aldığını açıqlamalı olacaq

O, bu mülkləri almaq üçün xərclədiyi pulların mənbəyini göstərə bilməsə, həm ev, həm də qolf klubu onun əlindən alınacaq.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonun mərkəzində, Harrods mağazası yaxınlığındakı evini və İngiltərədə qolf klubunu hansı pulla aldığını açıqlamalı olacaq.

O, bu mülkləri almaq üçün xərclədiyi pulların mənbəyini göstərə bilməsə, həm ev, həm də qolf klubu onun əlindən alınacaq.

Onun vəkilləri dekabr ayında Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı Apelyasiya Məhkəməsinə şikayət etmişdi. Lakin bu həftənin çərşənbə günü onun şikayəti rədd edilib.

Zamirə Hacıyeva Harrods dükanında 16 milyon xərcləmiş zəngin azərbaycanlı qadın kimi tanınır. Ancaq o bu var-dövlətə necə sahib olduğunu göstərmək tələbilə üz-üzədir.

Onun həyat yoldaşı, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev qanunsuz mənimsəmədə təqsirli bilinərək Azərbaycanda həbs edilib. Ancaq həm Cahangir Hacıyev, həm də Zamirə Hacıyeva mənimsəmə ittihamlarını rədd edir.

Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın "İzaholunmaz Sərvət Sərəncamı"nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı.

Çərşənbə günü səhəri işə baxan Apelyasiya məhkəməsinin üç hakimindən biri Lord Burnett həmçinin deyib ki, Zamirə Hacıyevanın bu qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatəti də rədd edilib.

Bu o deməkdir ki, o bu qərardan Ali Məhkəməyə şikayət edə bilməyəcək.

Hakimlər onun iki il əvvəl "İzahedilməz Sərvət Sərəncamı"nın qanuni hədəfi olduğunu bildirib.

55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks Harrods mağazasında 16 milyon funt xərcləməklə tanınır.

Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshire-də təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək.

Onun əri Cahangir Hacıyev, Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb.

Lakin 2018-ci ilin noyabrında Azərbaycanın Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq o həbs olunub və sonradan o, girov qarşılığında azad edilib.

Xəbəri paylaş

VİDEOLAR