Bəzi ölkələr Bağdaddakı səfirliklərini qapatmaq istəyir

Bəzi ölkələr Bağdaddakı səfirliklərini qapatmaq istəyir

Bunu İraq Baş naziri Mustafa əl-Kazımi deyib

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq Baş naziri Mustafa əl-Kazımi bəyan edib ki, bir sıra ölkələr, ilk növbədə ABŞ, raket atəşləri davam edərsə, Bağdaddakı səfirliklərini bağlamaq imkanını gözdən keçirir.

Onun sözlərinə görə, İraqda raket atəşləri davam edir.

“Bu hücumlar bir sıra təşkilat və diplomatik missiyaları səfirliklərin qapadılması barədə düşünməyə məcbur edib. İlk növbədə ABŞ, həmçinin Avropa İttifaqı da bu məsələni müzakirə edir”, – deyə o bildirib.

O əlavə edib ki, regionda təhlükəsizlik təmin edilmədikcə diplomatlar İraqda işləyə bilmirlər.

Xəbəri paylaş

VİDEOLAR