Bunu İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı deyib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Hüseyn Xanzadi bildirib ki, bütün dəniz sərhədləri İran silahlı qüvvələrinin nəzarəti altındadır. O, vurğulayıb ki, dənizdə İrana qarşı heç bir ciddi təhdid yoxdur.
Kontr-admiral Hüseyn Xanzadi dünən axşamçağı İranın 2-ci telekanalı ilə müsahibədə vurğulayıb ki, terrorçu Amerika rejiminin dəniz donanmasını elə ilk nöqtədən izləyirik.
"Onları nöqtəbənöqtə izləyirik və dayandıqları hər bir limanda və ya keçdikləri hər bir keçiddə onlar bizim nəzarətimiz altındadırlar. Onların hərəkəti siyasi rəftara malikdir və regionun təhlükəsizliyinə təsir göstərmir, İranın hakimiyyəti altında olan sular olduqca yüksək təhlükəsizliyə malikdirlər. Əgər hər an amerikalılar cüzi bir xəta edərlərsə, çox möhkəm cavab alacaqlar.", -deyə Kontr-admiral Hüseyn Xanzadi bildirib.