Burucerdi: Sanksiyalar ləğv edilsə də, ABŞ ilə müzakirə olmayacaq

Burucerdi: Sanksiyalar ləğv edilsə də, ABŞ ilə müzakirə olmayacaq

"ABŞ sanksiyaları aradan qaldırsa belə, İran bu dövlət ilə bir masa arxasında oturub müzakirə etməyəcək"

Rasthaber Azərbaycan xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin  Milli təhlükəsizlik məsələləri komitəsinin sədri Ələddin Burucerdi deyib.

Onun sözlərinə görə, General Süleymaninin sui-qəsd ilə qətlə yetirilməsindən sonra ABŞ ilə heç bir müzakirələrin faydası yoxdur.

"Əgər ABŞ beynəlxalq qanunlar və imzalanmış müqavilələrə hörmət etmirsə, onlarla danışmağın faydası yoxdur.", -deyə İran İslam Şurası Məclisinin  Milli təhlükəsizlik məsələləri komitəsinin sədri əlavə edib.

Qeyd edək ki, İran İslam Şurası Məclisinin  Milli təhlükəsizlik məsələləri komitəsinin sədri Ələddin Burucerdinin bu açıqlaması İran prezidenti Həsən Ruhani və İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin ABŞ ilə müzakirə edilməsində vurğuladıqları əsas şərt - "sanksiyaların aradan qaldırılması"ndan ciddi fərqləndiyi üçün müzakirələrə səbəb olub. 

Xəbəri paylaş

VİDEOLAR