Bunu etməsələr Səudiyyə Limanları təhlükəsiz olmayacaq

Bunu etməsələr Səudiyyə Limanları təhlükəsiz olmayacaq

Bunu Yəmən Milli Qurtuluş Hökumətinin Xarici İşlər naziri deyib

Rasthaber Azərbaycan eastnews-a istinadlı  xəbərə görə, Yəmən Milli Qurtuluş Hökumətinin Xarici İşlər naziri Səudiyyə koalisiyası tərəfindən neft məhsulları daşıyan gəmilərin ələ keçirilməsinin davam etməsinə toxunaraq bildirib ki, bu vəziyyət davam edərsə, Səudiyyə Ərəbistanının limanları təhlükəsiz olmayacaq.  

Hişam Şərəf Səudiyyə koalisiyası tərəfindən neft məhsulları daşıyan Yəmən gəmilərinin ələ keçirilməsini kəskin tənqid edib:  

"Neft məhsulları daşıyan Yəmən gəmilərinin ələ keçirilməsinin davam etməsi yəmənlilər üçün kütləvi bir cəzadır. Səudiyyə Ərəbistanı neft məhsulları daşıyan gəmilərin Yəmənə girişini əngəlləyir və bununla da heç bir halda müharibəyə son qoymaq istəmədiyini göstərir. Səudiyyə Ərəbistanı və Yəməndəki müttəfiqləri insan haqları mövqeyi tutmasına və humanitar aksiyaları dəstəkləməsinə baxmayaraq, neft məhsulları daşıyan gəmilərin Yəmənə girməsinin qarşısını aldıqlarını görürük. Şübhəsiz ki, bu vəziyyət davam edərsə, Səudiyyə Ərəbistanının limanları təhlükəsiz olmayacaq". 

Xəbəri paylaş

VİDEOLAR