Bundestaq üzvü: Almaniya ABŞ-a təslim oldu

Bundestaq üzvü:  Almaniya ABŞ-a təslim oldu

Kotrenin sözlərinə görə, layihənin qarşısını almaq cəhdləri Angela Merkel hökumətini dərhal onun müdafiəsinə qalxmağa məcbur etməli idi

Almaniya hökuməti "Şimal axını-2" qaz boru xətti ilə bağlı vəziyyətlə əlaqədar olaraq ABŞ-a "təslim olub".

Bu fikri "Almaniya üçün Alternativ" (AFD) fraksiyasının Bundestaqda enerji məsələləri üzrə rəsmi nümayəndəsi Şteffen Kotre RİA Novosti ilə müsahibəsində səsləndirib.

Deputat "Şimal axını-2" layihəsinin Almaniyanın enerji təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu xatırladıb. Kotrenin sözlərinə görə, layihənin qarşısını almaq cəhdləri Angela Merkel hökumətini dərhal onun müdafiəsinə qalxmağa məcbur etməli idi.

Kotrenin sözlərinə görə, Merkelin rəhbərlik etdiyi hökumət Almaniyanın maraqlarını artıq nəinki təmsil etməyə, həm də bu maraqları müdafiə etməyə qadir deyil. O, əlavə edib ki, Ukraynadakı sabitliyinin "digər iqtisadi layihələrə heç bir aidiyyəti yoxdur".

"Şimal axını-2"

"Şimal axını-2" layihəsi çərçivəsində Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ümumi gücü 55 milyard kubmetr olan iki qaz boru kəməri inşa edilir. Boru xəttinin inşasının 2019-cu ildə tamamlanması planlaşdırılıb.

Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi suları və ya müstəsna iqtisadi zonalarından keçəcək.

Rusiya qazının tranzitindən gəlirini itirməkdən qorxan Ukrayna və bir sıra Avropa ölkələri, o cümlədən Polşa, Latviya və Litva, həmçinin Avropa İttifaqında (Aİ) öz mayeləşdirilmiş təbii qazını satan ABŞ "Şimal axını-2" layihəsinə fəal şəkildə qarşı çıxırlar. Onlar layihənin siyasi olduğunu və Avropanın enerji təhlükəsizliyinə təhdid yaratdığını iddia edirlər. Rusiya tərəfi isə dəfələrlə layihənin tamamilə kommersiya məqsədli olduğunu bildirib və vurğulayıb ki, kəmər Rusiya qazının Ukrayna vasitəsilə Aİ-yə tranzitinin dayandırılması üçün nəzərdə tutulmayıb.

sputnik

Xəbəri paylaş

VİDEOLAR