Bundan sonra Suriya ordusu heç yerdə müqavimət göstərmədi - İranın Suriyadakı səfiri

Bundan sonra Suriya ordusu heç yerdə müqavimət göstərmədi - İranın Suriyadakı səfiri

İranın Suriyadakı səfiri Əsəd hökümətinin süqutunu dəyərləndirib

Az.rasthaber.com İRNA-ya istinadən xəbər verir ki, İran İslam Respublikasının Suriyadakı səfiri Hüseyn Əkbəri 8 dekabr bazar günü axşam saatlarında televiziyaya müsahibəs verib.

Müsahibəsi zamanı o Əsəd hökümətinin squtunu belə dəyərləndirib: “Ötən axşam Suriyanın hökumət heyəti iclas keçirdi və qərara gəldi ki, paytaxtda heç bir müqavimət olmasın, bütün hökuməti və müxtəlif idarələri rəsmən təhvil versin. Bu barədə Baş nazir ictimaiyyətə və silahlı qüvvələrə məlumat verdi.”

Hələbin süqutundan sonra başlayan hərəkatın proqnozlaşdırıla biləcəyini ifadə edən səfir deyib: “Silahlı qüvvələr şimaldan içəri daxil olanda günorta idi. Həmkarlarım gecə saat 11-ə kimi Dəməşqdə idilər, səfirliyi tərk etdilər. Onların bəziləri bəlkə də səhər saatlarında Suriya sərhədini tərk etdilər.”

Əkbəri bildirib: “İslam Respublikasının müxtəlif qurumlarından olan həmkarlarımızdan demək olar ki, heç biri orada qalmamışdı, lazımi tədbirlər və addımlar nəzərdə tutulmuşdu. İran İslam Respublikasının səfirliyinə hücum bu gün edilib və ona ziyan dəyib. Bu, beynəlxalq hüquqa ziddir.”

İranın Dəməşqdəki səfiri əlavə edib: “Homsun süqutundan sonra Suriya ordusu heç yerdə müqavimət göstərmədi, xalq da müqavimət göstərmədi, belə qənaətə gəldilər ki, vəziyyəti sülh yolu ilə, belə demək mümkünsə, öz öhdəsinə buraxsınlar.”

Bəşər Əsədin günahının müqavimətin ön cəbhəsində olması olduğunu bildirən Əkbəri deyib: “Hazırda Suriyada bir cərəyan deyil, daxildə bir neçə cərəyan var ki, onlardan bəziləri radikal və ifratdır. Təbii ki, bunlar İŞİD-dən fərqlidir və İŞİD kimi deyil. Mütləq ona görə ki, onlar keçmişdə İŞİD-lə də döyüşüblər, əqli və fiqh baxımından fərqlilikləri var.”

Səfir qeyd edib: “Bu insanlar möhkəmlənib ölkəni ələ alanda təbii ki, bu torpağın sahibi kimi Suriyanın ətrafdakı qonşuları üçün ciddi təhlükə ola bilərlər.”

Əkbər müsahibəsinin davamında deyib: “Mövcud vəziyyət şimal və cənub qüvvələri arasında mürəkkəb cinahlaşma yaradıb ki, bu da bəzi İslam və Ərəb ölkələri ilə Türkiyə arasında münaqişə meydanına çevrilə bilər.”

Xəbəri paylaş

VİDEOLAR