Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıqlama verib
Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentləri ADAU-a cəlb etmək üçün maraqlı üsula əl atıb.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Təhsil Şurasının məsul katibi İlqar Orucov məlumat verib.
İ.Orucov bildirib ki, artıq bununla bağlı universitetə elan da vurulub: "Təhsil Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura yeni tədris ilində Gəncəyə səfər etdi. İctimai Şura olaraq olan səfərimiz payız semestr imtahanlarının başlaması ilə əlaqəli idi. Universitet yaxşı oxuyan, fərqlənən tələbələrə 200 manat, orta qiymətlərlə oxuyan tələbərə isə 100 manat təqaüd verir. Universitet bu ildən maraqlı bir elan verib. Bu universiteti seçən qızlara 15 min manat, oğlanlara isə "Niva" avtomobili veriləcək. Belə təcrübələr xaricdə var. Bunu Azərbaycanda görmək çox sevindirici haldır".