Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə İordan çayının qərb sahilində anti-sionist əməliyyatların intensivləşdirilməsini istəyib.
Az.rasthaber.com xəbər verir ki, Əbu Ubeydə mesajında fələstinli qəhrəmanlardan birinin Qüdsdəki əməliyyatı münasibətilə təbrik edib.
Bu mesajında o, İordan çayının qərb sahilinin gənc döyüşçülərindən Qəzzə zolağına dəstək və kömək etmək və işğalçıların İordan çayının qərb sahilini ilhaq etmək planlarını məğlub etmək və onlara yeni reallıqlar tətbiq etmək üçün düşmən hərbçiləri və sionistlərə qarşı əməliyyatlarını artırmağı Fələstin xalqından xahiş edib.