Gürcüstan Səhiyyə Nazirliyi bildirib
Rastahber Azərbaycan “İnterfaks”-a istinadən xəbər verir ki, Gürcüstan Səhiyyə Nazirliyi hansı halda Rusiyanın koronavirus əleyhinə vaksinini alacağını bildirib.
“Əgər o, ÜST tərəfindən qəbul edilərsə, niyə də yox. Lakin bildiyim qədər, hələ bu barədə söhbət getmir”, – deyə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəsmisi Paata İmnadze qeyd edib.
O, bu cür Rusiya vaksininin əldə edilməsi məsələsinin müzakirəsinin başlamasının mümkünlüyü barədə sualı şərh edib.