Həmçinin 2 şəhər və 8 rayonda repetitorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.
2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır.
Rasthaber xəbər verir ki, bu, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.
Həmçinin 2 şəhər və 8 rayonda repetitorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.
Qərara əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində repetitorluq və hazırlıq kurslarının fəaliyyəti dayandırılır.