Bu qan qrupunun koronavirusa həssas olduğu deyilir

Bu qan qrupunun koronavirusa həssas olduğu deyilir

Koronavirusdan ölən insanlardan 40 faizinin qan qrupu ikinci olub.

Koronavirus pandemiyası zamanı ikinci qan qrupu olan insanlar risk altında ola bilər.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, "Moskva" agentliyinə  bu barədə rusiyalı uşaq cərrahı, Rusiyanın əməkdar həkimi Vladimir Kruqlı bildirib.

"Ölənlər arasında ikinci qan qrupu olan insanlar daha çox olub", - həkim deyib.

Onun sözlərinə görə, koronavirusdan ölən insanlardan 40 faizinin qan qrupu ikinci olub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusun yayılmasını pandemiya elan edib. Dünyada ümumilikdə 3 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 210 mindən artıq insan dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR