Bu ölkədə köç məcburiyyətində qalanların yarısı uşaqlardır

Bu ölkədə köç məcburiyyətində qalanların yarısı uşaqlardır

Mozambikdə iqlim dəyişikliyi və koronavirus (Covid-19) epidemiyası üzündən köç etmək məcburiyyətində qalanların yarısı uşaqlardan ibarətdir.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Vətəndaşqoruma və Humanitar Yardım Əməliyyatları Ofisindən verilən məlumatda bildirilir: “Hind Okeanı sahilindəki Şərqi Afrika ölkəsi Mozambikdəki insanların vəziyyəti ağırdır. İqlim dəyişikliyi və “Covid-19” epidemiyası kimi mənfi şərtlərə görə ölkədaxili köç məcburiyyətində qalan vətəndaşların yarısı uşaqlardır.

Evlərini tərk edən insanların təcili köməyə ehtiyacı vardır.

Uşaqlarda qeyri-kafi bəslənmə nisbəti 52 faizdir.

Ehtiyac sahibləri ən çox qida və tibbi dəstəyə möhtac olduqlarını deyirlər”.

Xəbəri paylaş

VİDEOLAR