Əbu Mehdi Mühəndisin qızı: ABŞ-ın Bağdaddakı səfirliyi terror və fitnələrin hazırlandığı mərkəzdir

Əbu Mehdi Mühəndisin qızı: ABŞ-ın Bağdaddakı səfirliyi terror və fitnələrin hazırlandığı mərkəzdir

"İranın və Livan Hizbullahının himayəsi olmadan İraq torpaqlarının sürətlə azad edilməsi mümkün deyildi."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu ABŞ hücumu nəticəsində sui-qəsdlə qətlə yetirilən "Haşdi Şabi"nin qurucularından olan Əbu Mehdi Əl-Mühəndisin qızı Minar Cəmal Ali-İbrahim Əlməyadin telekanalı ilə müsahibədə bildirib.

"Əgər İranın himayəsi və şəhid Hacı Qasim Süleymaninin səyləri olmasaydı, Haşdi Şabinin yaradılması həyata keçməzdi.", -deyə o əlavə edib.

Əl Mühəndisin qızı həmçinin ABŞ-ın Bağdaddakı səfirliyini terror və fitnələrin işlənib hazırlanması mərkəzi adlandırıb.

O, bu iki şəhid arasındakı bağlılığa işarə edərək deyib ki, atası həmişə Hacı Qasim Süleymaniyə görə nigaran olar və həmişə özünü onunla yanaşı olmaqda borclu bilərdi.

Xəbəri paylaş

VİDEOLAR