İraq silahlı qüvvələrinin baş komandanının yaxın iki gündə bu qərarı təsdiqləyəcəyi gözlənilir.
İraqın xalq səfərbər qüvvələri "Haşdi Şabi" cümə axşamı günü fevralın 20-də Əbu-Fədək Əl-Məhəmmədavini, Əbu Mehdi Əl-Mühəndisin xələfi olaraq, bu qüvvələrin komandan müavini vəzifəsinə təyin edib.
Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, İraqın xalq səfərbər qüvvələrinin yüksək rütbəli rəsmilərindən olan Əbu Əli Əl-Bəsəri bu barədə məlumat verib.
Onun sözlərinə görə, "Haşdi Şabi" qüvvələrinin Əbu Fədəkin Şəhid Əbu Mehdi Əl-Mühəndisin yerinə təyin olunmasına razılıq verməsindən sonra İraq silahlı qüvvələrinin baş komandanının yaxın iki gündə bu qərarı təsdiqləyəcəyi gözlənilir.
İraqda "Haşdi Şabi" təşkilatının müavinin təqdimatı Əbu Mehdi Əl-Mühəndisin qırxı günü mərasimlərindən sonra həyata keçirilib.