Əbu Mehdi Əl-Mühəndisin ailəsi: Biz İslam İnqilabı rəhbərinin əsgərləriyik

Əbu Mehdi Əl-Mühəndisin ailəsi: Biz İslam İnqilabı rəhbərinin əsgərləriyik

Əbu Mehdi Əl-Mühəndisin ailəsi bu gün fevralın 12-də müqavimət şəhidlərinin qırxı günü münasibətilə bir bəyanat yayıb

İraqın xalq səfərbər qüvvələrinin komandan müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin ailəsi bu gün fevralın 12-də müqavimət şəhidlərinin qırxı günü münasibətilə bir bəyanat yayaraq, müqavimət yolunu tamamlamağa hazır olduqlarını vurğulayıblar.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu bəyanatda özlərini İslam İnqilabının əsgərləri adlandıran şəhid Əl-Mühəndisin həyat yoldaşı və dörd qızı müqavimət cəbhəsinə yardım etməyə hazır olduqlarını bildiriblər.

Əbu Mehdi Əl-Mühəndisin ailəsi qeyd edib: "İslam İnqilabının Qüds Qüvvələrinin şəhid komandanı general Qasim Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin qanlarının qisası ABŞ-ın regiondakı varlığına son qoymaqla alınacaqdır."

Müqavimət komandirlərinin şəhid edilməsinin müqavimət cəbhəsinin regional və daxili fəaliyyətlərinə heç bir xələl gətirməyəcəyini vurğulayan şəhid Əl-Mühəndisin ailəsi əlavə edib: "ABŞ, Sionist rejim və müqavimətin digər düşmənləri mütləq məhv olacaqlar".

Xəbəri paylaş

VİDEOLAR