Rusiya Daxili İşlər Nazirliyi cinayətlərlə bağlı statistik məlumatları açıqlayıb.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, Rusiyada 2020-ci ilin 10 ayında 20 minə yaxın insan cinayətlərin qurbanına çevrilib.
Bu barədə Rusiya DİN məlumat verib.
Qeyd edilir ki, bu dövr ərzində 19,1 min insan qətlə yetirilib ki, bu da, ötən ilin analoji dövrü ilə müqayisədə 5,8% azdır.
“30,1 min insanın sağlamlığına ağr ziyan vurulub. Bu, ötən ilin oxşar dövrü ilə müqayisədə 6% azdır”, - deyə qeyd edilib.
Həmçinin bildirilib ki, qətllərin 39,5%-i (7,6 nəfər) kənd yerində törədilib.
Xəsarətlərin 67%-dən çoxu isə şəhər və şəhər tipli qəsəbələrin payına düşür.
Canilərin vurduğu ziyan isə 435 milyard rubl olaraq qiymətləndirilir, bu göstərici əvvəlki illə müqayisədə 17% azdır.