“Bu ilin Həcc mərasimi heç bir məhdudiyyət və şərt olmadan keçiriləcək və burada zəvvarların koronavirusla bağlı testinə də ehtiyac olmayacaq.”
Az.rasthaber.com SalamNews-a telekanalına istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbiə deyib.
Əl-Rəbiə əlavə edib ki, bu ilin Həcc mərasimində yaş və say məhdudiyyəti də aradan qaldırılacaq və vəziyyət koronavirus pandemiyasından öncəki kimi olacaq.
Qeyd edək ki, 2020, 2021 və 2022-ci ilin Həcc mərasimlərində pandemiya ilə bağlı say, yaş, tibbi vəziyyət və sair məhdudiyyətlər tətbiq edilmişdi.