Əbu Həmzə: Raketlərimiz Dəmir Qübbə-ni sıradan çıxardı

Əbu Həmzə: Raketlərimiz Dəmir Qübbə-ni sıradan çıxardı

"Dəmir Qübbə sistemi müqavimətin raketlərinin qarşısında gücsüz qaldı"

 Rasthaber Azərbaycan xəbər verir ki, bunu Fələstinin İslami Cihad Hərəkatının hərbi qolu olan "Qüds Briqadası"nın sözcüsü Əbu Həmzə deyib.
 
"Qüds Briqadası"nın sözcüsü Əbu Həmzə "Al Jazeera"ya müsahibəsində "Dəmir Qübbə sistemi müqavimətin raketlərinin qarşısında gücsüz qaldı. Müqavimət qrupları "Qüds Qılıncı Əməliyyatı"nda taktikası ilə Dəmir Qübbəni məğlub etməyi bacardı.", -deyə bildirib. az.rasthaber.com
 
Əbu Həmzə sonra deyib: "Müqavimət raketləri, Qəzza ətrafındakı qəsəbələrdən keçdi və işğal altındakı Fələstin trpaqlarının dərinliklərində Tel-Əviv, Herziliya, Netanya və Beerşeba şəhərlərini hədəf aldı. Qüds Qılıncı əməliyyatında böyük hərbi uğurlar əldə etdik. Bu əməliyyatlarda istifadə olunan raketlərin hamısı, Qəzzanın mühasirəsi zamanı Qüds Briqadasının hərbi sənayesi tərəfindən istehsal edilmişdir. Hələ üzə çıxarmadığımız raketlərimiz də mövcuddur."
 

"Qüds Briqadası"nın sözcüsü Əbu Həmzə İsrailin müqavimət raketlərinin 90 faizini vurma iddiasına isə "Sionist rejim müqavmət raketlərinin 90 faizini vurma iddiası yalandan başqa bir şey deyil. Bəzən 100-ə qədər raketlərin eyni anda atılması "Dəmir Qübbə"nin qabiliyyətini böyük ölçüdə təsirə salmışdı.", -deyə qeyd edib

Xəbəri paylaş

VİDEOLAR