Bu gündən İran BRİKS qrupunun tamhüquqlu üzvüdür

Bu gündən İran BRİKS qrupunun tamhüquqlu üzvüdür

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani mətbuat konfransında gündəmi dəyərləndirib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani həftəlik mətbuat konfransında mövcud hadisələri dəyərləndirib.

Kenani 3 yanvar 2020-ci ildə Bağdad hava limanı yaxınlığında Amerika pilotsuz uçuş aparatları tərəfindən şəhid olan general Süleymanini yad edərək, “Şəhid Süleymani aramızda deyil. Ancaq onların düşüncələri və idealları hələ də yaşayır və müqavimət ideyası hər gün yeni bir həyat qazanır" dedi.

Kənani sionist rejimin Qəzzəyə hücumlarına toxunaraq dedi:

“Kədərlidir ki, sionist rejim ABŞ-ın dəstəyi ilə Fələstin xalqına qarşı pis və faciəli əməllərinə yeni ildə son qoymadı və bu cinayətləri 3 ay fasiləsiz davam etdirdi. Biz beynəlxalq ictimaiyyətdən Fələstin xalqını dəstəkləmək və sionist rejimin öldürmə maşınının qarşısını almaqda öz humanitar öhdəliklərini yerinə yetirməsini xahiş edirik".

Kənani həmçinin bildirib ki, İran-Misir münasibətlərində müsbət atmosfer var.

İranın bu gündən etibarən BRICS qrupuna tamhüquqlu üzv kimi qəbul edildiyini bildirən Kənani, "BRICS yeni üzvlərin əlavə edilməsi ilə beynəlxalq tənliklərdə yeni bir əhəmiyyət qazandı" dedi.

Məsələ ilə bağlı Kenani, “Biz hər zaman çoxtərəfliliyə və BRİKS imkanlarından istifadəyə diqqət yetirmişik. BRİKS İrana çoxtərəfli beynəlxalq əlaqələr sahəsində daha çox imkanlar verəcək. İranın BRİKS-ə üzv olması İranın beynəlxalq arenada mövqeyinin yaxşılaşmasının nəticələrindən biridir".

Xəbəri paylaş

VİDEOLAR