Bu gündən Azərbaycanda SMS icazə sistemi ləğv olundu

Bu gündən Azərbaycanda SMS icazə sistemi ləğv olundu

Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 15-də qərar verib.

Rasthaber Azərbaycan xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 15-də qərar verib.

Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

Qeyd edək ki, daha əvvəl mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

Kafe, restoran və çay evləri bu gündən açılır

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa bu gündən ləğv edildi

Azərbaycanda bu gündən bulvar və parklara girişə icazə verilir

Azərbaycanda muzey və sərgi zallarının fəaliyyəti bu gündən bərpa olunur

Xəbəri paylaş

VİDEOLAR