Kafe, restoran və çay evləri bu gündən açılır

Kafe, restoran və çay evləri bu gündən açılır

Nazirlər Kabineti yanında Operativ Qərargah 15 mayda məlumat yayıb

Rasthaber Azərbaycan  xəbər verir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub(ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).

Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına dair qərarında bildirilir. 

Xəbəri paylaş

VİDEOLAR