Bu gün İmam Mehdinin (ə.f) mübarək mövlud günüdür

Bu gün İmam Mehdinin (ə.f) mübarək mövlud günüdür

Bu münasibətlə bütün müsəlmanları təbrik edirik!

İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat

On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olub.

Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə’ni, Əbülqasimdir. Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar.

Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.

Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

İslamda Məhdəvilik

Bütün İslam ümməti yekdil olaraq bu fikirdədir ki, Allah Təala həzrət Mehdinin (ə) zühurunu bir gecədə müəyyənləşdirib imzalayar.

Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: “Mehdi (ə) biz əhli-beytdəndir. Allah onun zühurunu bir gecədə həyata keçirəcək.

Şiələrin əqidəsinə görə, İmam Zaman (s.ə) İmam Həsən Əskərinin (ə) övladıdır. Sünnilərin alimləri isə bu məsələdə iki fikirə inanırlar. Əksəriyyət İmam Məhdinin (ə.f) doğulacağını, bəziləri isə İmam Həsən Əskərinin (ə) övladı olduğuna inanır.

Sünni alimlərindən bir qrupu imam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladının dünyaya gəlişini etiraf etmişlər. Həmin alimlərdən bəzilərinin adları belədir: Əllamə Şəmsəddin Qazi ibn Xəlkan Şafei, Əllamə Səlahəddin Xəlil ibn Eybək Səfədi, İbn-Əsr Cəzri, Əllamə Mirxand, Əli ibn Hüseyn Məsudi, Məhəmməd Fərid Vəcdi, Əbül-Fəda İsmail ibn Əli Şafei, Sebt ibn Cоzi, Məhəmməd ibn Təlhə Şafei, Şəmsəddin Məhəmməd ibn Tulun Hənəfi, Mirzaməhəmməd ibn Rüstəm Bedəxşi Şafei, Əhməd ibn Hucr Heytəmi Şafei, Məhəmməd ibn Yusif Gənci Şafei, Arif Əbdül Vəhhab Şərani Hənəfi, Mühyiddin Ərəbi, Mömin ibn Həsən Şəbələnci Şafei, Şeyx Süleyman Qunduzi Şafei, Şeyx Məhəmməd ibn Əli Səbban Şafei, Səfiyuddin Əbdül-Mömin Bağdadi, Zeynəddin Ömər ibn Virdi, Əbül-Əbbas Əhməd ibn Əli Qələqşəndi Şafei, Əbu-Əbdüllah Yaqut Həməvi, Məhəmməd Əmin Bağdadi (Süyudi), İbn-Xəldun, Əbül-Fəth Məhəmməd ibn Əbdül-Kərim Şəhristani, Nurəddin ibn Səbbağ Maliki, Nurəddin Əbdül-Rəhman Cami Hənəfi, Molla Əli Qari Hənəfi Məkki, Fəzl ibn Ruzbəhan, Cəmaləddin Məhəmməd ibn Yusif Zirəndi Hənəfi, Əhməd Əmin Misri, Sədrəddin Həməvini, Əttar Nişapuri, Cəlaləddin Bəlxi Rumi, Sədrəddin Qəvnəvi, Hüseyn ibn Məhəmməd Diyarbəkri Maliki, Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi, Şəmsəddin Zəhəbi Şafei, Fəxr Razi Şafei, Şeyx Əbdüllah ibn Məhəmməd Şəbravi Misri Şafei, İbn İmad Dəməşqi Hənbəli, Məhəmməd ibn Əbdür-Rəsul Bərzənci Şafei, Əbül-Bərəkat Neman ibn Məhmud Alusi Hənəfi və başqaları.

Xəbəri paylaş

VİDEOLAR