Bu gün İmam Hüseynin (ə) mübarək mövlud günüdür

Bu gün İmam Hüseynin (ə) mübarək mövlud günüdür

Bu gün İmam Hüseynin (ə) mövlud günüdür.

Bu gün zülm və haqsızlığa qarşı mübarizədə məktəb yaratmış İmam Əlinin (ə) və peyğəmbər qızı xanım Zəhra (s.ə) - nın ikinci övladı İmam Hüseynin (ə) mövludu günüdür. O hicri 4-cü ildə Mədinə şəhərində dünyaya gəlmişdir. Uşaqlıq dövrünün altı ilini babası Peyğəmbər (s) - in yanında keçirmişdir.

Peyğəmbər (s) -in vəfatından sonra otuz il atası Əli (ə) - la birgə yaşamış və Əli (ə) - ın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli (ə) - ın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli (ə) - la çiyin-çiyinə çalışmışdır.

İmam Həsən (ə) - ın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn (ə) - ın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət hicrətin altımış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhadətə qovuşub.

İmam Hüseyn (ə) Kərbəla məktəbinin banisi, azadlıq sevənlərin idealıdır. İmam Hüseyn (ə) inqilabının cəmiyyətdə igidlik və hünər ruhiyyəsini oyatmasının təsir dərəcəsinin aydın olması üçün nəzərə almaq lazımdır ki, İslam cəmiyyəti Aşura hadisəsi baş verənə qədər iyirmi il sükut içərisində yaşamış və nisbətən çox olan bu müddətdə inqilab üçün şəraitin hazırlanmasına baxmayaraq kiçik də olsa, belə bir ictimai e’tiraz baş verməmişdi.

Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı və elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki, onun şüası hər tərəfi bürüdü. Bu da camaata öz din, şəxsiyyət və şərafət hörmətini qorumaq, camaat arasında itib batmış mübarizə ruhiyyəsini oyatmaq və ölmüş qəlblərə yeni nəfəs verib onları həyata qaytarmaq üçün kifayət edirdi.

İmam Hüseyn əleyhissəlamın böyük və hünər yaradan inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu.

İmamın mövludu münasibəti ilə başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını təbrik edirik!

Qeyd edək ki, 4 şaban Həzrət Abbasın (ə), 5 şaban isə İmam Səccadın (ə) mübarək mövlud günləridir...

Xəbəri paylaş

VİDEOLAR