Bu gün Azərbaycanın İranla Birgə İqtisadi Komissiyasının 15-ci iclası başlayır

Bu gün Azərbaycanın İranla Birgə İqtisadi Komissiyasının 15-ci iclası başlayır

İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci toplantısı bu gündən Bakıda işinə başlayır.

Az.rasthaber.com xəbər verir ki, İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci toplantısının işi iki gün çəkəcək.

İranın səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında yazıb ki, bu iclasın nəticələrindən biri də İran şirkətlərinin Qarabağda yenidənqurma işlərinə rəsmən başlaması olacaq.

Bu arada İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri Azərbaycanla keçiriləcək birgə iqtisadi iclası yüksək qiymətləndirib.

O bildirib ki, Azərbaycan Respublikası ilə Birgə İqtisadi Komissiyanın 15-ci iclasının keçirilməsi iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən tranzit, dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı, ticarət, texniki xidmətlər, mühəndislik, turizm, əyalətlərarası əməkdaşlıq, kənd təsərrüfatı və bir çox başqa sahələrdəki əlaqələrdə yeni bir səhifə açır və fürsətlər yaradır.

Xəbəri paylaş

VİDEOLAR