Bu gün ABŞ-ın İran hökumətinə qarşı həyata keçirdiyi dövlət çevrilişinin ildönümüdür

Bu gün ABŞ-ın İran hökumətinə qarşı həyata keçirdiyi dövlət çevrilişinin ildönümüdür

Bu gün, 1401-ci günəş ili, mordad ayının iyirmi səkkizi, 2022-ci milad ili avqustun on doqquzu, 1953-cü il İran hökumətinə qarşı amerikan çevrilişin ildönümü gününə təsadüf edir.

Az.rasthaber.com xəbər verir ki, 1332-ci günəş ili mordad ayının iyirmi səkkizində (miladi təqvimi ilə - 1953-cü il avqustun 19-u) zalım şah rejimi ordusu qüvvələrindən bir qrupu ABŞ və İngiltərənin həmkarlığı ilə Məhəmməd Müsəddiq hökumətini devirməklə bir daha Məhəmmədrza Pəhləvini taxta oturtdu.

İranın o zamankı qanuni hökuməti olan Müsəddiq hökumətinin süqut etməsinə gətirib çıxaran 1953-cü il avqust amerikan-ingilis çevrilişi İslam İnqilabının qələbəsindən öncə İranın siyasi tarixindən həssas bir zaman kəsiyini xatırladır.

İranda neft sənayesinin milliləşdirilməsi hərəkatının qələbəsi zamanı İranda ABŞ və İngiltərənin silsilə müdaxilələrinin bir hissəsi elə bir zaman kəsiyində baş verdi ki, Beynəlxalq Ədalət Məhkəməsi İngiltərə-İran neft müqavilələri məsələsində İranın xeyrinə səs vermişdi.

Son illər 28 mordad çevrilişində əcnəbilərin müdaxilələri haqda yeni sənədlər yayılıb və hətta bəzi amerikalı rəsmilər bu ölkənin və İngiltərənin həmin çevrilişdə birbaşa rolunu etiraf ediblər.

Xəbəri paylaş

VİDEOLAR