Bu dəfə Çin qapıları bağladı

Bu dəfə Çin qapıları bağladı

Çin hökuməti xarici ölkə vətəndaşlarının müvəqqəti olaraq Çinə gəlişinin qadağan olunması haqda məlumat yayıb

Rasthaber Azərbaycan-ın Sputnik-ə isitnadən xəbərinə görə, Çin hökuməti tərəfindən belə bir açıqlamanın verilməsinin səbəbi, martın 24-də aşkarlanan 55 koronavirus xəstəsinin 54-nünü xaricdən gəlməsi ilə əlaqəli olub.

Ölkə həmçinin uçuşların da sayını məhdudlaşdırıb.

Belə ki, uçuşların həftədə bir dəfə olması, təyyarələrin isə 75 faizdən artıq dolu olmaması əsas şərtlərdən biridir.

Çinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada da ölkədə təhlükəsizliyi təmin etmək naminə xarici vətəndaşların Çinə keçməsinin qadağan edildiyi bildirilib.

Bu qadağa Çində yaşama icazəsi olan və vizası olan xaricilərə şamil edildiyi halda, diplomatlar və C vizası olanlara şamil edilmir.

Xəbəri paylaş

VİDEOLAR