Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid Ali Nəhəyyan 24 noyabrda Türkiyəyə rəsmi səfər edəcək.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, BƏƏ-li şahzadənin bu səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında təşkil edilir.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsindən məlumat verilib.
Ankarada keçiriləcək danışıqlar zamanı iki ölkə arasındakı əməkdaşlığın vəziyyət və perspektivləri gözdən keçiriləcək.
Həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi də baş tutacaq.