Bəşər Əsəd: Terrorçular ancaq güc dilini başa düşürlər

Bəşər Əsəd: Terrorçular ancaq güc dilini başa düşürlər

Suriya Prezidenti bu ölkənin şimal bölgələrində terrorçuların hücumlarına münasibət bildirərkən terrorçuların ancaq güc dilini anladıqlarını və Suriya Ordusunun bu dillə onları məhv edəcəyini vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə SANA xəbər agentliyi bildirib: “Bəşər Əsədə Abxaziya Prezidenti səlahiyyətlərini icra edən Badra Gomba zəng edib.”

 

Bu xəbərə görə, Gomba telefon danışığında ölkəsinin Suriyaya qarşı təşkil edilən bütün terror hücumlarında Dəməşqin yanında olduğunu, bu ölkənin hökumətini, xalqını və rəhbərliyini dəstəklədiyini vurğulayıb.

 

Bəşər Əsəd deyib: “Terrorizm ancaq güc dilini başa düşür. Bu, tərəfdarlarından asılı olmayaraq terrorçuları əzib məhv edəcəyimiz dildir.”

 

Suriya Prezidenti əlavə edib: “Terrorçular xalqı və ya dövlət qurumlarını təmsil etmirlər, onlar yalnız dəstəklədikləri tərəfləri təmsil edirlər.”

Xəbəri paylaş

VİDEOLAR