Suriya prezidenti Bəşər Əsəd Hindistanın xarici işlər üzrə dövlət naziri Vellamvelli Muralidharan ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Bəşər Əsəd Suriyada səfərdə olan Hindistanın Xarici İşlər üzrə Dövlət Naziri Vellamvelli Muraleedharan ilə görüşü zamanı deyib:
“Şərqə istiqamətlənmə prinsipi təkcə iqtisadi və ya siyasi əlaqələr baxımından deyil, Suriya siyasətinin əsaslandığı ən mühüm prinsiplərdən biridir".
Əsəd Hindistana Suriyadakı zəlzələ və daşqın fəlakətində göstərdiyi dəstəyə, ərəb məsələlərində və Suriyanın müstəqilliyi və suverenliyini hədəf alan müharibədə obyektiv mövqeyi və qətiyyətinə görə təşəkkür edib və Suriya ilə Hindistan arasında əlaqələrin dərin və tarixi olduğunu vurğulayıb.
Hindistanın dövlət naziri Vellamvelli Muraleedharan qeyd edib ki, Hindistan və Suriya arasındakı münasibətlər tarixidir və bütün şəraitlərə baxmayaraq, daim inkişaf edir. O, iki ölkə arasında inkişaf sahəsində əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb və Suriya Prezidenti Draupadi Mormonun və Hindistanın Baş naziri Narendra Modinin salamlarını Suriya Prezidenti Əsədə çatdırıb.
Nazir Muraleedharan da Suriya ilə tibb və təhsil sahələrində əməkdaşlığı davam etdirmək istədiklərini və iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinə ümid etdiklərini bildirib.