Kürd lideri Səudiyyənin telekanalına müsahibəsində deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraq Kürdüstanı demokrat partiyasının sədri Məsud Barizani səudiyyənin MBC telekakanlı ilə müsahibəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani haqqında maraqlı fikirlər irəli sürüb.
O deyib ki, Süleymani İŞİD terror qruplaşması ilə mübarizədə İraqın Kürdüstan bölgəsinə kömək edən ilk şəxslərdən idi.
"İŞİD-in İraqa hücumunun ilk günlərində və İraqın Kürdüstan bölgəsinə yaxınlaşdığı günlərdə şəhid Süleymani onunla əlaqə saxlayaraq, köməyə hazırlığını bildirən ilk şəxs idi. Bu təmasın sabahısı günü İran İslam Respublikası İraqın Kürdüstan bölgəsinə silah daşıyan iki təyyarə göndərdi.", -deyə Bərzani qeyd edib.